Paşinyan növbədənkənar seçkilər barədə memorandum imzaladı

Baxış sayı:
2086

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, baş nazir bu barədə öz "Facebook" səhifəsində yazıb.
"Yenicə "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyanla 2018-ci ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə memorandum imzaladım", - deyə o yazıb.