"Paşinyan Kardaşyan kimiləri ətrafına toplayaraq çalışacaq ki, vəziyyətdən çıxmaqdan ötrü nəyəsə nail olsun..."

Baxış sayı:
8484

Xəbər verdiyimiz kimi Ermənistanın paytaxtı İrəvanda keçirilən 23-cü Beynəlxalq İnformasiya Texnologiyaları Konqresində (WCIT 2019) iştirak edən erməni əsilli məşhur model Kim Kardaşyan Baş nazir Nikol Paşinyanla görüşüb.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında Nikol Paşinyanın "başını itirdiyini", bu səbəbdən də Kim Kardaşyan kimi əxlaqsız biriylə görüşdüyünü bildirdi:
"Paşinyan son günlər başını itirib. Ölkə başçısı İlham Əliyevin ona təbkisindən və ağır sözündən sonra artıq Ermənistanda vəziyyət qarışıqdı. Ölkə başçısının Soçidə onun üzünə vurduğu "sillə" hələ Paşinyanın uzun müddət yadından çıxmayacaq. Paşinyan bundan sonra Kardaşyan kimi pozğun adamları ətrafına toplayacaq, çalışacaq ki, vəziyyətdən çıxmaqdan ötrü dünyaya səpələnmiş ermənilərlə bir yerdə nəyəsə nail olsun, amma bu mümkün deyil. Ona görə ki, Paşinyanın verdiyi vədlərin heç biri yerinə yetirilmir. Bilirsiniz ki, ölkə başçısının Soçidəki çıxışı, ondan sonra atdığı addımlar, kadr siyasəti Dağlıq Qarabağın işğaldan azad edilməsinə hesablanmış bir addımdır. Bunu da kimlərinsə gözü götürmür. Sizə bir şeyi xatırladım ki, vaxtilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə az bir vaxt qalmış ölkədə mitinqlər başladı, qarışıqlıq yaradıldı və keçmiş prezident Ayaz Mütəllibov hakimiyyətdən getdi və Dağlıq Qarabağın işğal edilməsi prosesi başladı. Yəni bunların hamısını biz görşmüşük. Bu gün də Azərbaycanda bəzi qüvvələrə Dağlıq Qarabağın həllində ölkə başçısının ortaya qoyduğu mövqe onlara bəlli olandan sonra çalışırlar ki, ölkə daxilində erməni qohumlarından istifadə etsinlər.
Özünüz də bilirsiniz ki, bu gün yerli-yersiz çox böyük hücumlar var və bunun da qarşısını almaqdan ötrü biz hamımız bir olmalıyıq və vətənimizi, torpağımızı Paşinyan kimilərdən azad etməliyik. Bununla da, ölkədə stabilliyi qoruxuyub, saxlamalıyıq. Amma çox təəssüflər olsun ki, içimizdə olan ermənilərlə təmasda olan insanlar ölkədə qarışıqlıq yaratmaqdan ötrü əllərindən gələni edirlər, amma buna nail ola bilməyəcəklər. Dünən bununla bağlı İctimai Televiziyada 3D layihəsində fikirlər səsləndirdim, amma təəssüflər olsun ki, bunların çoxunu efirə vermədilər. Ölkə başçısının apardığı siyasət Dağlıq Qarabağın işğaldan azad olunmasına hesablanıb və yaxın vaxtlarda bu məsələni görəcəyik. Bu məsələ yaxınlaşdıqca, qarınlarına ağrı dolmuş saxta müxalifətçilər təzyiqlər etməyə çalışırlar. Biz isə heç vaxt imkan verməyəcəyik ki, kimsə bizə Qarabağı unutdursun".