Paşinyan DTX rəhbərini işdən azad etdi

Baxış sayı:
1200

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kyaramyan vəzifəsindən azad edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı baş nazir Nikol Paşinyanın təklifinə əsasən müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, Arqişti Kyaramyan bu vəzifəyə keçən ilin aprel ayında təyin olunmuşdu.