​Partiya sədrindən ŞOK: “Qadın müəllimlər oğlan şagirdlərdə...”

Baxış sayı:
5131

Dində qadına yalnız hicaba uyğun paltar geyinməsi əmr edilib.
Bu sözləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son günlər Azərbaycanın orta məktəblərində qadın müəllimlərə şalvarın qadağan edilməsi ilə bağlı gündəmdə olan məsələ haqda danışarkən deyib.
ADP sədri hesab edir ki, qadının dar şalvar geyinməsi dinin prinsiplərinə ziddir:
 “Qədim türk tayfalarında da qadınlar şalvar geyinirdilər. Amma indikindən fərqlənirdi, daha geniş idi. Hazırkı şalvarlar isə həddən artıq dardır, bədənin müəyyən üzvlərini göstərir, bu da qadının örtünmə prinsipini pozur. Amma klassik şalvar geyinmək qısa don geyinməkdən daha yaxşıdır.
Məktəb məsələsinə gəlincə, şagirdlər kimi müəllimlər də vahid forma geyinməlidirlər. Məsələn, hərbi sahədə əsgər və zabitlər eyni qanuna tabedirlər. Əgər şagird məktəbə vahid geyim formasında gəlirsə, müəllimlərə də bu qaydalar tətbiq edilməlidir.
Bu gün qadın müəllimlər elə şalvar geyinirlər ki, bütün əzaları nəzərə çarpır, şagirdlərdə cinsi həvəs yaradır. Bu baxımdan, söhbət şalvarın geyməkdən yox, abır-həyanı gözləməkdən, uşaqlarda cinsi həvəs yaratmamaqdan, şagirdlərin psixologiyasına mənfi təsir etməməkdən gedir. Buna görə də, erogen zonaların görünməməsi şərtilə klassik şalvar geyinmək olar”.
İlahiyyatçı Elşad Miri isə hesab edir ki, qadının şalvar geyinməsində heç bir qəbahət yoxdur, insanların geyimini din müəyyən etmir:
 “Dində qadının şalvar, yaxud hansısa geyimi ilə bağlı məsələ yer almayıb. Hazırda Şotlandiyada kişilər don geyinirlər. Ərəb və yaponların da buna oxşar geyimləri var. Bu, şotland kişilərinin milli geyimidir. Dində belə bir anlayış ola bilərmi? Din heç kəsə geyim qadağası qoymur, heç kəsə hansısa geyimi haram bilmir”.