​Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb

Baxış sayı:
12742

Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
İclasın gündəliyinə 23 məsələ daxildir. 
İclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında", "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Standartlaşdırma haqqında" və s. qanun layihələrinə, o cümlədən Mülki, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələri müzakirə olunacaq./Azvision