​Parisdə Makrona qarşı AKSİYA BAŞLADI

Baxış sayı:
3028

Parisdə Emmanuel Makronun Fransa prezidenti seçilməsinin birinci ildönümündə “Makronun bayramı” adlı etiraz aksiyaları başlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları “Makronun pəncələri”, “altıncı respublika üçün” və s. şüarlar səsləndirir. Hələlik aksiyada bir neçə yüz insan iştirak edir, lakin iştirakçıların sayı getdikcə artır.
Aksiya sakit tərzdə davam edir, heç bir toqquşma yoxdur. Daha əvvəl iki min polis əməkdaşının etiraz aksiyasını dağıtmaq üçün Parisə gətirildiyi haqda məlumat yayılmışdı.
Müxalifət 26 mayda Makrona qarşı daha böyük aksiyaya hazırlaşır. Bugünkü aksiyanın başlanğıc olduğu deyilir.
Qeyd edək ki, 2017-ci ilin 7 mayında Fransada keçirilən prezident seçkilərində Emmanuel Makron 66,1 faiz səslə qalib gəlib. Seçkidə ikinci yeri “Milli cəbhə” partiyasının lideri Marina Le Pen (33,9 faiz) tutub.