​Paris belə davam etsə, Türkiyə ilə əlaqələr... - Yenəroğlu

Baxış sayı:
2890

Parisin bu şəkildə yanaşması davam etsə, Türkiyə ilə münasibətlər ciddi mənada laxlayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə-Fransa münasibətlərini dəyərləndirən AKP Mustafa Yenəroğlu bildirib.
"Fransa Türkiyənin terrora qarşı apardığı mübarizədəki çətinlik və problemlərinin fərqində deyil. Fransada Türkiyədə baş verənlərin heç 1/10-i belə baş verməyib. Son aylarda 4 mindən çox evə basqın edilib, 754 nəfər ev həbsinə məhkum olunub, 19 məscid isə qapadılıb. Fransada yaşanan sözügedən hadisələr Türkiyədəki bir aylıq balansı belə təşkil etmir", - Yenəroğlu söyləyib.