​Papa Fransisk miqrantlarla bağlı çağırış etdi: "ONLARA QARŞI ANLAYIŞLI OLUN!"

Baxış sayı:
1822

Gəlin, onların qəlbindəki isinən ümidlərini söndürməyək, sülhə olan inamlarını məhv etməyə qoymayaq.
Muxalifət.az İtaliyanın “thelocal.it” saytına istinadla xəbər verir ki, bu sözləri Roma Papası Fransisk Vatikanın Müqəddəs Pyotr baş kilsəsində milyonlarla mömin qarşısında çıxışı zamanı deyib.
Kilsənin Ümumdünya sülh günü münasibətlə təşkil etdiyi mərasimdə Papa Fransisk miqrantlar, həmçinin qaçqınlar ilə münasibətdə sülhə və onlara qarşı anlayışlı olmağa çağırıb.
“Hamının haqqı olan dinc gələcək axtarışları üçün şəxsi həyatımızı təhlükəyə atmağa hazırıq və hər kəs çalışmalıdır ki, digərləri də xoş gələcəyə nail olsun”, – deyə Papa Fransisk bildirib.