Pakistandan Türkiyənin düşməninə BÖYÜK ZƏRBƏ

Baxış sayı:
7066

Pakistan FETÖ ilə əlaqəsi olan Pak-Türk Beynəlxalq Çağ Vəqfinin terror təşkilatı kimi qəbul edildiyini açıqlayıb.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Vəqfin terror təşkilatı kimi qəbul edilməsi və mal varlığının Türkiyə Maarif Vəqfinə verilməsi ilə bağlı iddiaya məhkəmədə müsbət qərar verilib, qərara etiraz isə rədd edilib.

Buna görə də nazirlik FETÖ ilə əlaqəsi olan Vəqfin 2019-cu il aprelin 18-dən terror təşkilatı siyahısına daxil edilməsi ilə bağlı rəsmi məlumat yayımlayıb.

Qeyd edək ki, Pakistan Konstitutsiya Məhkəməsi ötən ilin dekabr ayında FETÖ-nün terror təşkilatı elan edilməsi, təşkilata bağlı 28 məktəbin Türkiyə Maarif Vəqfinə verilməsi barədə qərar qəbul etmişdi.

Bu ilin yanvar ayından isə TMV əvvəlcə İslamabad, Pəncab, daha sonra Heydərabad, Pahtunhva, Sndh və Bəlucistandakı məktəbləri geri almağa başlamışdı.