Pakistandan Hindistana jest: Hücum edən təşkilatın varlıqlarına əl qoyuldu

Baxış sayı:
30424

 Hindistanla qarşılıqlı olaraq keçirilən hücumlarla müharibənin astanasına gələn Pakistan rəhbərliyi Ceyş-i Məhəmməd təşkilatına aid məscid və mədrəsələrə əl qoyub.
 
Pakistanda yerləşən qadağan olunmuş təşkilatların nəzarətində olan məscid və mədrəsələr Pakistan Fondlar İdarəsinə təhvil verilib.
Ölkə mediasında yer alan xəbərlərə görə, bu addım terrorizmlə mübarizəyə dair hazırlanan Milli Fəaliyyət Planı çərçivəsində atılıb.
Sözügedən qurumlara Fondlar İdarəsi tərəfindən imam və mədrəsə müəllimləri təyin olunacağı açıqlanıb.
 
Daxili işlər naziri bəyanat verib
 
 Məsələyə dair sosial media hesabından açıqlama verən daxili işlər naziri Şəhriyar Afridi, "Milli Fəaliyyət Planı çərçivəsində qadağan olunmuş təşkilatlara qarşı əməliyyatlarımı, hədəflərimizə çatana qədər davam edəcək. Prosesi sürətləndirmək üçün işlərimiz davam edir" deyib.
Qeyd edək ki, Pakistanda dünən də Ceyş-i Məhəmməd təşkilatına qarşı əməliyyat keçiilrmiş və təşkilatın lideri Məsud Azharın qardaşı və oğlunun da aralarında olduğu 44 nəfər nəzarətə alınmışdı.
Müxalifət.az