Pakistanda otelə hücum! Bölgədən silah səsləri gəlir

Baxış sayı:
4438

 Pakistanın Belucistan əyalətində yerləşən sahil şəhəri Gvadarda 3 terrorçu 5 ulduzlu Pearl Continental Hotelə hücum təşkil edib. Təhlükəsizlik qüvvələri otelin ətrafını mühasirəyə alıb, regiondan silah səsləri gəlir.
 
Terrorçuların ağır silahlı olduqları, minaatanlara sahib olduğu bildirilərkən, otelin içində 40-ı Çinli olmaqla 70 nəfərin olduğu bilinir.
Gvadar şəhəri Çin-Pakistan İqtisadi Dəhlizi layihəsi çərçivəsindəki əsas mərkəzlərdən biridir.
Müxalifət.az