Pakistanda daha 13 nəfər həlak oldu - Bu dəfə fəlakət

Baxış sayı:
8785

Pakistan və Əfqanıstanda sel və daşqınlar nəticəsində 20 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, Pakistanın cənubundakı Bəlucistan əyalətində təbii fəlakət nəticəsində 13 nəfər həlak olub, onlarla sakin itkin düşüb. Bundan başqa yüzlərlə ev dağılıb.
Bəlucistan əyalətinin təbii fəlakətləri idarəetmə mərkəzinin rəisi İmran Zarkon bildirib ki, şiddətli yağış və dağlıq ərazilərdə sulu qar yağması nəticəsində əyalətin 9 rayonu su altında qalıb. Onun sözlərinə görə, yollar və körpülər dağılıb, insanları təxliyə etmək üçün hava nəqliyyatından istifadə olunur. Son 3 saat ərzində müxtəlif rayonlarda 1500 ailə Pakistan ordusunun əsgərləri tərəfindən təxliyə edilib, daha 3500 ailəyə isə yardım göstərilib.
Əfqanıstanda isə sel və daşqınlar Qəndəhar əyalətində 7 nəfərin həyatına son qoyub. Burada da itkin düşənlərin olduğu, yüzlərlə evi su basdığı bildirilir.