Pakistan səfiri Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik etdi

Baxış sayı:
1029

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Şuşa şəhərinin erməni işğalından azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə səfir öz "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Mən Azərbaycan xalqını öz əzəli tarixi şəhəri Şuşanın azad olunması münasibətilə təbrik edirəm".

Congratulations to the people of Azerbaijan for liberating their historic ancestral city Shusha. @AzerbaijanMFA @azalofficial #shushaisazerbaijan

— Bilal Hayee (@BilalHayee) November 8, 2020