​PAKİSTAN QİSAS ZƏRBƏSİ ENDİRDİ: 5 ƏSGƏR...

Baxış sayı:
2701

Pakistan ordusu Kəşmirdə hindistanlı snayperin məktəbliləri daşıyan avtobusa atəş açmasına cavab olaraq Tatta Pani kəndində yerləşən Hindistana aid nəzarət məntəqəsini məhv edib.
Bu barədə Pakistan ordusunun sözçüsü Asif Qafur danışıb.
Zərbə nəticəsində 5 hind əsgərinin öldürüldüyünü bildirən Qafur Hindistanın məsum vətəndaşlara qarşı həyata keçirdiyi terrora daim cavab veriləcəyini vurğulayıb.
Qeyd edək ki, hind snayperin açdığı atəş nəticəsində məktəbliləri daşıyan avtobusun sürücüsü öldürülmüşdü./axar/