Pakistan-Hindistan böhranında sürpriz! Ərdoğana vasitəçilik təklif olundu

Baxış sayı:
9838

Pakistan Ordusuna məxsus döyüş təyyarələrinin Hindistan hava sahəsinə girməyə çalışdıqları bildirilib. Pakistan döyüş təyyarələri Hindistan döyüş təyyarələri tərəfindən əngəllənib. Hindistanın baş naziri Modi gərginlikdən bəhs edərkən, Rusiya iki ölkə arasında vasitəçilik etməyə hazır olduqlarını söyləyib. Pakistanın baş naziri İmran Xan Ərdoğanı Hindistanla gərginliyin azaldılmasında rol oynamağa çağırdığını söyləyib.
 
Hindistan ilə yaşanan gərginlik mövzusunda parlamentdə birləşmiş iclasda millət vəkilləri və senatorları məlumatlandıran İmran Xan, "Dostlarımızla təmas halında olacağıq və gərginliyin azaldılmasında rol oynamalarını istəyəcəyik. Türkiyə prezidentinə də bunun üçün zəng edəcəyəm" deyib.
İmran Xan əsir götürdükləri Hindistan pilotunu cümə günü sülhün göstəricisi olaraq azad edəcəyini açıqlayıb.
Müxalifət.az