​Özünü neft şirkətinin binasında partlatdı – DAHA SONRA BİNAYA SİLAHLI HÜCUM OLDU

Baxış sayı:
3079

Paytaxtı Tripolidə yerləşən Liviyanın Milli Neft Korporasiyasının ofisinə silahlı hücum edilib.
Bu barədə “Al-Arabia” telekanalı "Tvitter" səhifəsində məlumat yayıb. Qeyd olunur ki, ofisə daxil olan terrorçu-kamikadze özünü partladıb.
“Asharq Al-Awsat” qəzeti isə bildirib ki, Liviyanın Milli Neft Korporasiyasının binasına 3 maskalı şəxs silahlı hücum edib.
“Reuters”in məlumatına görə, neft şirkətinin binasında 5 partlayış səsi eşidilib. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım maşınları cəlb olunub. Binanın içərisində ölənlərin olduğu və 6 nəfərin yaralandığı bildirilir. Ölənlərin dəqiq sayı bilinmir. Terrorçular isə hələ də binadadırlar.
Qeyd edək ki, Liviyanın paytaxtı Tripoli son zamanlar müxtəlif silahlı qruplaşmalar arasında qarşıdurma meydanına çevrilib./azvision.az