​Özünü 9-cu mərtəbədən yerə atdı – BAKIDA DƏHŞƏTLİ İNTİHAR

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
Belə ki, Yeni Yasamal yaşayış massivinin ərazisində 1973-cü il təvəllüdlü Ağayev Sübhi Adil oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. O, hadisə yerində keçinib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb(report).