​Özündən 20 yaş kiçik xanımla evlənən Özcan Dəniz XƏSTƏXANALIQ OLDU

 
Məşhur türkiyəli müğənni Özcan Deniz xəstəxanaya aparılıb.
Muxalifet.az xəbər verir ki, sənətçinin “İstanbullu gelin” serialının çəkilişləri zamanı halı pisləşib.
Müğənninin qardaşının verdiyi açıqlamaya görə, Ö.Dəniz son 15 gündə bir neçə dəfə xəstələnib. İlkin səbəb kimi, onun istirahət etmədən işləməsi olub.
Hazırda müğənninin vəziyyəti normallaşıb, ancaq o, çəkilişlərə qatılmayıb, evə istirahət edir.
Qeyd edək ki, 45 yaşlı Özcan Dəniz bir ildir sevgi münasibəti yaşadığı özündən 20 yaş kiçik sevgilisi, Şeyda Aktan ilə evlənməyə hazırlaşır. Ata olmağa hazırlaşan Ö.Dəniz “Tezliklə ata olmağın həzzini yaşamaq istəyirəm, nikahımız bu yaxınlardadır”, - deyə açıqlama verib.