“Ötən il cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib” – Gündüz Kərimov

Baxış sayı:
8905

“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib və bu da ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir”.

“Report”un xəbərinə görə, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və məlum olmayan səbəblərdən irəli gələ bilər: “Hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik öz səylərini artırmalıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.