​Ötən həftə ən çox hansı sayt məmurlar haqda yazıb? - STATİSTİKA

Baxış sayı:
8024

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Onu da bildirək ki, bu həftədən etibarən məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.
 
Qeyd edək ki, həftəlik təhlil üçün əldə edilən 129 məlumat ümumilikdə 42 elektron KİV-də yayılmışdır. Onlardan 20-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 22 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir:
 
Bu həftədə də əvvəlki həftələr ərzində olduğu kimi, ən çox bu tip məlumatları paylaşan keçən həftənin 2-cisi olan olkexəbər.az  saytı olmuşdur. Onun paylaşdığı 12 məlumatdan 3-ü  ilk dəfə olaraq bu saytda verilmişdir.
Saytın paylaşdığı məlumatlardan ilk bu saytda çıxan məqalələrdən biri məmur  -  “Əmlak Komitəsindəki rüşvətxorluq və özbaşınalıq”, 2-si isə icra başçıları - “Gədəbəyli sahibkar prezidentə müraciət etdi - Başçıdan şikayətçidir” və “Binəqədidə dövlətdən oğurlanan milyonlar: Xaləddin İsgəndərov, Elşad Rəhimov, Elman Salmanov… – Prezidentə şok müraciət” haqqında olmuşdur.

Muxalifet.az