Otelə hücum: 5 nəfər öldürüldü

Baxış sayı:
1987

Pakistanın Qvadar şəhərində silahlı şəxslərin "Perl Kontinental Otel"ə hücumu nəticəsində azı 5 nəfər qətlə yetirilib.
Muxalifet.az xəbər verir ki, ölənlər arasında təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da var.
Bildirilir ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində bütün müştərilər ərazidən təxliyə edilib. Bundan sonra təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində isə 3 silahlı şəxs zərərsizləşdirilib.
Qeyd edək ki, ötən gün baş verən hücumun məsuliyyətini Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürmüşdü.