Orxan Camal ilə yoldaşlarının sürücüsü jandarma idarəsinə aparılıb - ŞAHİD QİSMİNDƏ DİNDİRİLİR

Baxış sayı:
8269

Muxalifet.az xəbər verir ki, Mərkəzi Afrika Respublikasında qətlə yetirilmiş rusiyalı jurnalistlərin sürücüsü həbs edilib. Rusiyanın MAR-dakı səfiri Viktor Tokmakov bildirib ki, Rusiya diplomatları bu məlumatı həmin ölkənin müstəntiqlərindən alıblar: “O, ölkə paytaxtındakı yerli jandarma idarəsində saxlanılır”.

Tokakov bildirib ki, müstəntiqlər sürücü şahid qismində dindirilir.

Avqustun 9-da RF XİN mətbuat katibi Mariya Zaxarova səfirliyin əməkdaşlarının MAR jandarma idarəsi və həlak olmuş rusiyalı jurnalistlərin sürücüsü ilə görüşü barəsində açıqlama vermişdi. Onun sözlərinə görə, sürücü jurnalistlərlə Banqada bir kafedə görüşdüyü və jurnalistlərdən 10 gün müddətində şəxsi avtomobili ilə onları müşayiət etmək təklifi aldığını bildirib.

Xəbər verildiyi kimi, iyulun 30-da Mərkəzi Afrika Respublikasında soydaşımız, jurnalisr, məşhud filosof Heydər Camalın oğlu Orxan Camal, operator Kirill Radçeko və rejissor Aleksandr Rastorquyev həlak olublar. Orada onlar “Vaqner” mövzusunda sənədli film çəkirdilər.