Ortaya çıxdı: Bir gün əvvəl Konsulluqda sınaqdan keçiriblər

Baxış sayı:
4621

Səudiyyəli jurnalist Camal Qaşıqçının 2 oktyabrda nikah sənədləri üçün İstanbula getdiyi və ondan sonra itkin düşdüyü araşdırmada maraqlı bir detal ortaya çıxıb. Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı Baş Konsulluğuna 13:15-də girişindən sonra, 15: 07-də 34 CC 1865 nömrəli bir qara Mersedes Vito markalı mikro avtobus 500 metrə məsafədəki Baş Konsulluğun qapalı avtoparkına daxil olub.
 
GARAJA GİRİB ÇIXDI
 
Təhlükəsizlik kameralarından bu sirli avtomobili izləyən təhlükəsizlik qüvvələri maraqlı bir detalı üzə çıxarıblar. Belə ki, bir gün əvvəl Konsulluğun əməkdaşları tərəfindən qara avtomobil qapalı avtoparka gətirilərək maşının qaraja sığıb sığmadığını müəyyənləşdiriblər. Qaşıqçının öldürülüb, Konsulluqdan çıxarılması ilə bağlı detallar bir gün əvvəldən Konsulluq əməkdaşları tərəfindən məşq edildiyi üzə çıxıb. Şübhəli avtomobil, hadisədən sonra Konsolluğun iqamətgahına daxil olmuş və 3 gün orada qalmışdır. Hadisə günü Baş Konsulluqda çalışan 28 Türk işçiyə icazə verilib. Eyni zamanda Səudiyyə Ərəbistanının baş konsulu Məhəmməd əl-Uteybi də hadisədən sonra üç gün müddətində iqamətgahı tərk etməmişdir. İstintaq çərçivəsində konsulluğun ümumi binası, şübhəli avtomobilin girdiyi Konsulluq iqamətgahının axtarılması tələb olunur. Digər tərəfdən, prokurorluq Camal Qaşıqçının iki İphone telefonu üzərində də araşdırmaları davam etdirir.
Müxalifət.az