Ortaq əməliyyatda diqqətçəkən PYD/YPG detalı

Baxış sayı:
1783

Türk narkotik polisi 7 yanvarda Yunanıstanın Birə Limanında Suriyadan gələn bir konteyner içərisində çox miqdarda narkotik həb olduğu məlumatı əldə edərək Yunanıstan narkotik polisi ilə birgə əməliyyat keçirib.
 
 Əməliyyatdan sonra konteynerdə aparılan axtarışda sursat-güllə qutularının içərisində zulalanan çoxlu miqdarda həb olduğu müəyyən edilib.
 
4,5 MİLYON NARKOTİK HƏB
 
 Ələ keçirilən narkotik həblərin sayını tamamlayan Yunan polisləri, ələ keçirilən 750 kiloqram ağırlığındakı həb miqdarının 4,5 milyon ədəd olduğunu müəyyən edib.
Sözügedən narkotik transferinin terror təşkilatı PYD/YPG tərəfindən təşkil edildiyi müəyyənləşdirilib.
 
DİQQƏTİ YAYINDIRMAQ ÜÇÜN
 
Məsul şəxslərin yaxalanmasına dair hər iki ölkənin narkotik orqanlarının aparılan işləri davam etdirdikləri öyrənilib.
Yunan orqanları məsələyə dair 9 yanvarda edilən açıqlamada, diqqəti yayındırmaq məqsədilə Xorvatiyaya keçirilən əməliyyatdan sonra narkotik yüklü gəminin Birə limanına gətirildiyi qeyd edilmiş, burada keçirilən əməliyyatda ələ keçirilən yük 544 qurğuşun lövhə içinə zulalanan narkotik miqdarının təqribən 1 milyon ədəd olduğu bildirilmişdi.
Müxalifət.az