Ordu helikopterləri havaya qaldırdı - Bu günə qədər ən güclü...

Baxış sayı:
1090

Rusiya Hərbi Hava Qüvvələri 2 ədəd “Mi-28NM - Gecə ovçusu” helikopteri ilə təchiz edilib.
Bu barədə Rusiya Helikopterləri şirkətinin baş katibi Andrey Boqinski danışıb.
Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosteh”in nəzdində fəaliyyət göstərən RH-ya rəhbərlik edən Boqinski bildirib ki, gələn il orduya eyni tipdən əlavə 6 ədəd helikopter veriləcək.
Mil Helikopter Fabrikinin baş dizayneri Vitali Şerbina yeni Mi-28MN helikopterlərinin Rusiyada ilk dəfə istehsal olunan “havadan havaya” və “havadan quruya” çoxfunksiyalı, lazerli raketlərlə təchiz olunacağını açıqlayıb. Yeni raketlərin həm qurudakı, həm də suyun üzərində və altındakı hədəfləri məhv edə bildiyinə diqqət çəkən Şerbina raketin uzunmənzilli olduğuna görə helikopterin düşmənin hava hücumundan müdafiə komplekslərinin radarına düşmədən hədəfləri yox edə bildiyini qeyd edib.
Şerbina vurğulayıb ki, helikopterlər Rusiyada bu günə qədər istehsal olunan ən güclü tank əleyhinə raketlər olan 1,2 metr qalınlığında zirehi deşə bilən “Xrizantema-M” raketləri ilə də təchiz olunacaq.
Həm pilot, həm də köməkçi pilot tərəfindən idarə edilməsi mümkün olan “Gecə ovçusu”nda yenilənmiş radar sistemi, yeni nişanalma, naviqasiya, müasirləşdirilmiş motorları və helikopteri temperatur lazerli raketlərdən qoruyan lazer müdafiə sistemi də olacaq.
İlk dəfə 1971-ci ildə SSRİ ordusunun arsenalına daxil edilən Mi-24 hücum helikopterinin müasirləşdirilməsi ilə ərsəyə gələn Mi-28 1982-ci ildə ilk uçuşunu həyata keçirib. Gecə də bütün potensial imkanlarından istifadə edə bilən Mi-28 2016-cı ildə Suriyada terrorçularla mübarizədə istifadə olunub./Publika
Rusiyanın dövlət başçısı Vladimir Putin ötən il may ayında verdiyi açıqlamada 2028-ci ilə qədər Rusiya ordusuna 100 ədəd Mi-28NM helikopteri təhvil veriləcəyini bildirmişdi.