Ordu demokratiya istəyən xalqa HÜCUM ETDİ - Ölü sayı gedərək artır

Baxış sayı:
9316

Sudan ordusunun paytaxt Hartumda demokratiya keşiyi çəkən xalqa müdaxiləsində 35 adam həyatını itirib
 
Sudanın paytaxtı Hartumda ordunun ümumi qərargahı qarşısında təxminən iki aydır ki, əhali hökumətə keçiş tələbiylə demokratiya keşiyi çəkən müxalif nümayişçilərə ordu gücləri tərəfindən müdaxilə edilib. Müdaxilədə 35 adam həyatını itirib.
Yüzlərlə insanın açılan atəş nəticəsində yaralandığı, yaralılar üçün xəstəxanalarda yer qalmadığı və bir çox adama hadisə yerində müdaxilə edildiyi qeyd edilib.
Ölkədəki nümayişçilərə liderlik edən müxalif “Azadlıq və Dəyişmə Bəyannaməsi Qüvvələri (ÖDBG) tərəfindən edilən yazılı açıqlamada, "Hərbi Şuranın hakimiyyətdən devrilməsi üçün hər kəsi hərəkətə keçməyə çağırırıq. Barışçıl inqilab hərəkəti daxilində dərhal paytaxt və bütün bölgələrin küçələrində barrikada qurulmalı, barışçıl yürüşlər üçün şəhər, kənd və küçələrə çıxmalısınız", - deyə xalaq müraciət edilib.
Hərbi çevriliş şurasının saxta vədləriylə gerçək üzünü saxlamaq üçün gözlədiyinə diqqət çəkilən açıqlamada, Şuranın ramazan ayının son günündə, səhər saatlarında ordu qərargahı qarşısında öz xalqından qadın və kişi olmaqla, minlərlə adam qarşısında sözündə durmadığı vurğulanıb.
ÖDGB ayrıca iqtidara gəlməsi mövzusu müzakirə edilən Hərbi Şuranın maskasının düşdüyünü bəyan edib.

Müxalifət.az