​Onunla nəyi düzəldəcəksiniz? - Ərdoğan

Baxış sayı:
4180

Kitabxanalarımız yağmalandı, məscidlərimiz bombalandı. Hələ də Suriya prezidenti Bəşər Əsədlə birlik olaq deyən zavallılar var. Bir milyon vətəndaşını qətlə yetirən bir qatillə nəyi düzəldəcəksiniz? Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Qutada baş vermiş hadisələr barədə danışarkən söyləyib. O, Türkiyənin bölgədəki yaralılara yardım etmək təklifinə razılıq verməyənləri tənqid edib: “Şərqi Qutadakı dəhşətə ciddi reaksiya göstərən bir ölkə gördünüzmü? Deyirik ki, Şərqi Qutadakıları bizə verin, vermirlər. Biz bunu humanitar yardım olaraq deyirik. Xəstəxanalarımızda bölgədəki yaralıları müalicə etdirək deyirik, amma razılaşmırlar. İşlərinə yaramır, çünki bilirlər ki, bütün bunlar tarixə düşəcək”. Qeyd edək ki, Əsəd qüvvələrinin bir müddət öncə Suriyanın Dəməşq şəhəri yaxınlığındakı Şərqi Quta bölgəsini bombardman etməsi nəticəsində xeyli sayda insan həlak olub və yaralanıb.