​“Onun əlindən xilas etməliyik....” – Köçəryandan Paşinyana daha bir zərbə

Baxış sayı:
3478

İnqilab ideyalarını onu başladanlardan xilas etmək lazımdır.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib:
“27 illik müstəqilliyimizi istisna şərtlər altında qarşılayırıq. May ayında baş verənlər bizim ölkəmiz üçün sınaq idi. İnsanların küçəyə çıxdıqları ideyalar indi zərbə altındadır.
İnsanların eşitdikləri sevgi və tolerantlıq ideyaları bu gün inqilab liderləri tərəfindən nifrət, qisas və qanunsuzluqla əvəz olunub”.