​Onların vəzifəyə gətiriləcəyindən narahatıq - Deputat

Baxış sayı:
1636

Yerli olmayan şəxslərin Şərqi Azərbaycan valiliyində vəzifəyə gətiriləcəyindən narahatıq, bu, məqsədəuyğun olmaz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Uşkaya) İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi deyib.
“Vali Məcid Xudabəxş təqaüdə çıxmayıb, o bunun üçün hələ 3 il çalışmalıdır. Daxili İşlər Nazirliyi valinin iş yerini dəyişəcəksə, bu, başqa məsələdir", - deputat bildirib.
Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi son vaxtlar 15 valini tutduğu vəzifədən uzaqlaşdırmaqla bağlı qərar qəbul edib. Valisi dəyişəcək əyalətlər arasında Şərqi Azərbaycan, Zəncan, Qəzvin, Mərkəzi və Həmədan əyalətlərinin adları çəkilir.