“Ölənə qədər cinsi təcavüzə məruz qalırıq”

Baxış sayı:
4684

Separatçı terror təşkilatı PKK-da cinsi təcavüz hadisələrinə uşaqlar da məruz qalır. Mövcud məlumatların araşdırma nəticəsinə görə, təşkilatda qadınlar 45 faiz, uşaqlar 45 faiz olmaqla, bütövlükdə 90 faiz və kişilər 10 faiz cinsi təcavüzə məruz qalır.
 
Terrorçuların ifadəsinə görə, bir terrorçu hər hansı bir münaqişədə ölənə qədər, dəfələrlə cinsi təcavüzə məruz qalır. Bundan əvvəl isə hamısı narkoman olur.
Təşkilat içindəki anormal münasibətlər səbəbindən bir çox edam və intihar baş verir. Təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlarda ələ keçirilən "Reyhan" kod adlı terrorçu, "Aryen" kod adlı qadın terrorçunun İraq Süleymaniyyə-sində girdiyi intim münasibət səbəbilə edam edildiyinə şahid olduğunu ifadə edib. Təslim olan bütün terrorçuların ifadə etdiyi ortaq məqam cinsi təcavüz, xüsusilə terorçubaşlarının pozğun sapıq intim meyllər içində olmasıdır. Digər alt səviyyədəki lider mövqeyində olan terrorçular da bundan təsirlənərək özlərində cinsi təcavüzə haqq görürlər və azğınlıq bu şəkildə yayılır. Terrorçuların ifadəsinə görə, bir terrorçu hər hansı bir münaqişədə ölənə qədər, dəfələrlə təcavüzə məruz qalır. Əvvəl isə hamısı narkoman olur.
Müxalifət.az