​Ölkənin "Ehtiyat Fondu" ləğv edildi

Baxış sayı:
2312

Rusiya Federasiyası 2018-ci ildən etibarən ölkənin ehtiyat fondunu ləğv edərək yeni sistemə birləşdirib.
Muxalifət.az xəbər verir ki, sözügedən dəyişikliklə bağlı qərar 2018-ci il yanvar ayının 1-dən etibarən rəsmi olaraq qüvvəyə minib.
Ölkənin “Büdcə haqqında” qanunun yeni müddəalarına görə, yeni ildən etibarən, büdcənin neft-qaz satışından əldə edilən əlavə gəlirləri "Milli Rifah" Fondunda toplanacaq. Əvvəlki ehtiyat fondu Rifah fonduna birləşdiriləcək.
Xatırladaq ki, keçən ilə qədər fəaliyyətdə olan ehtiyat və milli rifah fondları 2008-ci ildə Sabitləşdirmə Fondunun bazasında yaradılıb. Rusiya Federasiyasının dövlət büdcəsi gəlirlərinin sürətli azalması sistemin gedişatını dəyişdi.