​Ölkəni rüşvətxorluğa yoluxdurdular - İranın vitse-prezidenti

Baxış sayı:
1942

İranda bəzi dövlət məmurlarının adı rüşvətxorluqda hallanır.
Muxalifet.az xəbər verir ki, bunu İranın vitse-prezidenti İshaq Cihangiri uzun müddət ölkəsində gündəmdə olan rüşvətxorluq iddiaları barədə danışarkən deyib:
“Əgər dövlət qurumlarını rüşvətxorluğa cəlb edənlərə qarşı vaxtında mübarizə aparılsaydı, ölkədə qarışıqlıq bu qədər yayılmayacaq və xalq ümidsizliyə qapılmayacaqdı. Təəssüf ki, bunun qarşısı alınmadı və bəzi məmurlar ölkəni rüşvətxorluğa yoluxdurdular”,- Cihangiri söyləyib.