“Ölkədəki Müsəlmanları hədəfə gətirdilər” – “New York Times”

Baxış sayı:
7870

“New York Times” qəzeti Şri-Lankada kilsələri və mehmanxanaları hədəf alan terror hücumlarını İŞİD-ın üzərinə götürməsindən sonra ölkədəki Müsəlmanların özlərini təhlükəsizlikdə hiss etmədiyini yazıb. Şri-Lankada Pasxa ayini zamanı kilsələri və mehmanxanaları hədəf alan terror hücumlarını terror təşkilatı İŞİD-ın üzərinə götürməsindən sonra ölkədəki Müsəlmanların özlərini təhlükəsizlikdə hiss etmədiyi və bəzi Xristianların Müsəlmanlara hücum etdiyi bildirilib. Amerikanın “New York Times” qəzeti Şri-Lankada 359 adamın həyatına bais olan terror hücumlarından sonra Müsəlmanların hədəf halına gəldiyini yazıb. Pakistandan Şri-Lankaya köç edən Auranzeb Zap terror təşkilatı İŞİD-ın hücumların məsuliyyətini üzərinə götürməsindən sonra bir Xristian qrupun onu və iki uşağını döydüyünü söyləyib. Zap əsgərlərə sığınaraq qəzəbli izdihamdan xilas olduğunu bildirib. İnsanlar hər an öldürülə bilər Şri-Lankadaki hücumlardan bu yana Xristianların qapı qapı gəzib, Müsəlmanların evlərinin pəncərələrini, qapılarını sındırdığı, insanları zorla evlərindən çıxararaq küçələrdə təpiklədiyi və onları ölümlə təhdid etdiyi bildirilən xəbərdə, "Bu ana qədər bu hadisələrdə bir can itkisi olmayıb. Ancaq bir çox Müsəlman bunun da an məsələsi olduğunu düşünür" xəbərdarlığı edilib. Xəbərdə, fikirlərinə yer verilən Pakistan mənşəli Malik Ferhan da, "Artıq özümüzü Şri-Lankada təhlükəsizlikdə hiss etmirik" deyib. Şri Lankanın başqa bir qəsəbəsi olan Bandaragamada da vəziyyətin fərqli olmadığına işarə edilən xəbərdə, 15 ildir ki, çəkməçilik edən Məhəmməd İqbalın hekayəsinə yer verilib. Dükanının kilsə hücumlarının olduğu gecə dağıdıldığını və yanaraq kül olduğunu qeyd edən İqbal, "Qəti olaraq məndən intiqam almaq üçün bunu etdilər" deyə söyləyib. Qeyd edək ki, Şri-Lankada Xristianlar üçün müqəddəs Pasxa ayini zamanı Kochchikadədəki Sankt-Anthonys, Katana Sankt-Sebastyan və Batticaloadakı Məryəm Ana kilsələri ilə paytaxt Kolombodakı beş ulduzlu Shangrilə, Cinnamon Grand və Kingsburi otellərinə bombalı hücumlar təşkil edilmişdi. Bu hücumlardan sonra paytaxt Kolombonun şəhərətrafı qəsəbələri Dehiwaladakı qonaq evi yaxınlığında və Dematogoda üst keçid yaxınlığında partlayışlar olmuşdu. Hücumlarda 359 adam həyatını itirmiş, 500-dən çox adam yaralanmışdı. Bombalı hücumları terror təşkilatı İŞİD üzərinə götürmüşdü. Müxalifət.az