Öldürülən terrorçunun İSRAİL ƏLAQƏLƏRİ

Baxış sayı:
4924

PKK-ya aid "qırmızı siyahıda" 4 milyon mükafatla axtarılan terrorçu Mədəni Sayılgan, Tuncelidə keçirilən əməliyyatda öldürülüb. "Panzer Kamal" kod adlı Sayılgan, İsrailin Mavi Mərmərə qətliamından 3 saat əvvəl İsgəndərunda 7 əsgərin şəhid olduğu terror hücumunun təlimatını verən terrorçudur. Amanos terror qrupunun daha sonra İsraillə əlaqələri ortaya çıxıb və Mavi Mərmərə qətliamı ərəfəsində İsgəndərundakı 7 şəhid verilən terror hadisəsinin təlimatının məhz İsraildən gəldiyi bildirilir.
 
 İsrail-PKK əlaqəsi 2011-ci ildə PKK-nın xüsusi qüvvə adlandırdığı Amanoslar qrupuna qarşı Mersində keçirilən əməliyyatda ortya çıxmışdı. Sonra, Adanada açılan istintaq, terrorçu əlaqələrinin Mavi Mərmərə davası üzərindən də PKK-İsrail əlaqəsini aşkara çıxarmışdı. 2010-cu ildə 15 aksiya keçirən və Hatay vilayətinin İsgəndərun ilə Dördyol rayonlarında 6 əsgər və 4 polisi şəhid edən PKK-lı qrup, Mersinin Aydıncık rayonunda yaxalanmışdı. Yaxalanan terrorçular arasında İsraillə əlaqəsi diqqət çəkən qrup lideri Fərat Siverek kod adlı K.Y.də vardı.
Adanada prokurorluğa ifadə verən terrorçular, başçıları K.Y.nin tez-tez İsrailə gedib, gəldiyini söyləmişdi. Aparılan kəşfiyyat işləri də K.Y.nin o vaxt təxminən 8 ildir əlaqədə olduğu İsraildə 1 il ərzində yaşadığını sübut etmişdi. Hətta K.Y.nin İsraildə dövlət qurumları və şəxsləri ilə danışıqlar apardığı aşkar edilmişdi. Bunların üzərinə K.Y.nin İsraillə əlaqəsi üzərində araşdırmalarını dərinləşdirən prokurorluq, İstanbul 7-cu Ağır Cəza Məhkəməsində baxılan Mavi Mərmərə işinə dair istintaqı təqibə almış və prokurorluq, İsgəndərun dəniz bazasına hücum edən terrorçular ilə Mavi Mərmərə basqınını həyata keçirən İsrail arasında bəzi əlaqələrin müəyyən etdiyini bildirmişdi. PKK-İsrail əlaqəsini üzə çıxaran prokurorluq, Mavi Mərmərə basqınına dair bütün dəlil və ifadələri ehtiva edən dosyeni İstanbuldan istəmişdi.
Müxalifət.az