"Oğurlanan pasportum Poroşenkodadır" - Saakaşvili

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukraynada yeni iddia ilə çıxış edib.
 
Saakaşvilinin iddiasına əsasən onun oğurlanmış pasportu Ukrayna prezidentinin kabinetindədir.
Saakaşvili əvvəlcə pasportunun Ukrayna-Polşa sərhədində Ukrayna hüquq-mühafizə orqanları tərəfindən oğurlandığını bəyan etmişdi.
Bu gün isə Saakaşvili jurnalistlərə müsahibəsində deyib: "Mən dəqiq bilirəm ki, pasportum hazırda Ukrayna prezidentinin kabinetindədir".