Oğrudan həyasız qeyd: “Arvadım əşyaları çox bəyəndi”

Baxış sayı:
5944

Türkiyənin Mardin vilayətində Artuklu şəhərində maraqlı bir oğurluq baş verib. İş yerindən oğurluq edən oğru soyduğu iş yerinin sahibinə mesaj göndərərək “Qardaş haqqını halal et, əşyalar arvadımın çox xoşuna gəldi, şikayətini geri götür, əvəzini necə olsa, ödəyərik” deyib.
 
İş yerini qarət edən şübhəli təxminən 50 min lirəlik oğurluq edib. Sahibi Sertaç Orman və Veysel Anatça, ertəsi gün işə gəldikləri zaman gördükləri görünüşü ilə şok oldular. İş yerinin sahibləri əvvəlcə oğurluğu öz imkanları çərçivəsində açmağa çalışıblar. Araşdırılarkən oğruların ər-arvad olduqları aşkarlanıb. Yalnız bundan sonra şübhəli iş sahibinə ““Qardaş haqqını halal et, əşyalar arvadımın çox xoşuna gəldi, şikayətini geri götür, əvəzini necə olsa, ödəyərik” deyə mesaj göndərib. İş sahibi bu mesajdan nə qədər təəccüblənsə də, əldə etdiyi məlumatları prokurora təqdim edib.
Müxalifət.az