O “Barselona”dan ayrılır? – Klub prezidenti açıqladı

Baxış sayı:
3205

Cari mövsümün sonunda “Barselona”dan ayrılacağı deyilən İvan Rakitiçlə bağlı açıqlama verilib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Maria Bartomeu, xorvatiyalı yarımmüdafiəçinin gələcəyinin bəlli olmadığını deyib:
“Rakitiç “Barselona”nın ən vacib futbolçularından biridir, baş məşqçi Ernesto Valverde də ona güvənir. Amma futbolçuların məvaciblərində tənzimləmələr etməliyik. Mövsümün sonunda nə olacağını görəcəyik”.
31 yaşlı futbolçunun “Yuventus”la razılıq əldə etdiyi deyilir.
“Barselona” ilə 2021-ci ilədək müqaviləsi olan Rakitiç, bu mövsüm iştirak etdiyi 45 oyunda 5 qol vurub, 9 məhsuldar ötürmə verib.