Nyu-Yorkda Lavrovla Tillersonun görüşü keçiriləcək

Görüş yerli vaxtla saat 21:00-da başlayacaq
 
ABŞ-ın dövlət katibi Reks Tillerson yaxın saatlarda Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
RİA "Novosti" xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildirilib.
"Dövlət katibi Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək", - deyə Dövlət Departamentinin xəbərində bildirilir.
Qeyd olunur ki, görüş yerli vaxtla saat 21:00-da başlayacaq.
Daha əvvəl Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib ki, BMT Baş Assambleyasının iclası çərçivəsində xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü planlaşdırılır./report