Nyu-Yorkda erməniləri qəzəbləndirəcək addım

Baxış sayı:
4249

Türk Amerika Təhlükəsizlik Fondu (TASFO) və Türk-Amerika Assosasiyası (TADF) ABŞ-da Xocalı soyqırımı ilə bağlı həyata keçirəcəyi tədbirlər planını təqdim edib.

Bu barədə Teleqraf.com-a TASFO başqanı Fatih Özonur məlumat verib.

 

Təşkilat rəhbəri qeyd edib ki, Nyu-York və Vaşinqton başda olmaqla ayrı-ayrı ştatlarda Xocalı soyqırımına həsr edilmiş foto sərgilərin keçirilməsi tədbirlər planına daxildir:

“Həmçinin TADF-ın ayrı-ayrı ştatlarda fəaliyyət göstərən dərnəklərinin dəstəyi ilə fərqli ştatların konqreslərinə, eyni zamanda ABŞ Konqresinin Nümayəndələr Palatasına TASFO-nun arxivində olan faktlar təqdim ediləcək. Paralel olaraq, Ermənistan konsulluğunun qarşısında etiraz aksiyasının təşkili də bura daxildir.

Habelə ABŞ-dakı Azərbaycan konsulluqlarına başsağlığı müraciətləri ünvanlanacaq. Mümkün olsa, Azərbaycan Baş Konsulluğu ilə birgə simpozium təşkil ediləcək. Görüləcək işlərin dünyanın nüfuzlu media qurumlarına göndəriləcək. Erməni soyqırımlarını pisləyən yazılı bəyanatlar türk torpaqlarında qurulmuş Ermənistanın ABŞ-dakı səfirliyinə təqdim ediləcək”.

Fatih Özonur bildirib ki, icazə alınacağı halda, Dağlıq Qarabağın işğal edilməsini əks etdirən böyük bir lövhə Nyu-York şəhərinin mərkəzində asılacaq.