“Nyu York Times”-dakı Trampla bağlı karikatura böhranı

Baxış sayı:
10291

ABŞ-ın “Nyu York Times” (NYT) qəzetinin aprel ayındakı bir nəşrində nümayiş olunan bir karikaturada, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampı arxasından sürüyən bir "rəhbər it" olaraq təsvir edilmişdi.
 
Karikaturanın nümayiş olunmasından sonra sosial media istifadəçiləri karikaturanın "antisemit fikirlər ehtiva etdiyi" səbəbiylə tənqid etmiş və NYT-yə təpki vermişdi.
Qəzet dərhal sonra dərc etdiyi üzr yazısında, söz mövzusu karikaturanın "antisemit məcazlar ehtiva etdiyini" ifadə edərək "Bu vizual çirkin idi və karikaturanın nümayiş olunmasına icazə verilməsi səhv bir qərar idi" deyə yanlışa görə üzr istədiklərini ifadə edib.
Müxalifət.az