Nüvə başlıqları ələ keçirildi

Baxış sayı:
2047

Türkiyənin Bolu şəərində Təhlükəsizlik Qüvvələri tərəfindən təşkil edilən əməliyyatda, bir avtomobil içində nüvə silahı üçün başlıqlar və atom enerjisi stansiyalarında istifadə edilən 18,01 qram kaliforniyum maddəsi ələ keçirilib.
 
Verilən açıqlamada, bazarda dəyəri təxminən 72 milyon dollar olduğu qiymətləndirilən və idxalı, göndərilməsi və saxlanılması xüsusi icazə ilə olan maddənin araşdırılması üçün Türkiyə Atom Enerjisi Təşkilatına göndərildiyi ifadə edilib.
Ələ keçirilən kaliforniyum maddəsiylə əlaqədar 5 şübhəli haqqında istintaq başlanıldığı qeyd edilib.
Müxalifət.az