​Nurməhəmmədov UFC turnirində iştirak edə bilməyəcək - Zədəsinə görə

Baxış sayı:
3658

Rusiyalı Həbib Nurməhəmmədovun UFC turnirində braziliyalı Raoni Barselosaya qarşı döyüş təxirə salınıb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, H.Nurməhəmmədov aldığı zədəsinə görə həmin döyüşdə iştirak edə bilməyəcək.
Məlumata əsasən, döyüş mayın 11-də Rio-de-Janeyroda baş tutmalı idi, lakın rusiyalı idmançının aldığı zədəsinə görə döyüş təxirə salınıb.
Qeyd edək ki, H.Nurməhəmmədov ən yüngül çəki kateqoriyasında (61,2 kq-a qədər) çıxış edir.