Novruzda bəzi dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI

Baxış sayı:
1768

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Həmin dövlət strukturları aşağıdakılardır: 

-  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

-  Azərbaycan Respubikasının Nazirlər Kabineti

-  Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət 

Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri) 

-  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri) 

-  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 

-  Azərbaycan Respublikasının Baş Prokurorluğu

-  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

-  Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

-  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

-  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

-  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

-  Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

-  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 

-  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

-  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

-  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

-  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

-  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

-  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

-  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

-  Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

-  Azərbaycan Respublikasının Mərkəzi Bankı

-  “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

-  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

-  “Azəriqaz” İstehsalat Birliyi

-  “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

-  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 

-  “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyət

Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.