“Notr Dam” Kilsəsinin yanğın səbəbi açıqlandı

Baxış sayı:
10396

 “Notr Dam” Kilsəsinin yanğın səbəbi açıqlanıb. Araşdırma ilə bağlı məlumat verən bir səlahiyyətli yanğının elektrik sistemindəki qısa qapanma ilə bağlı ola biləcəyini söyləyib.
 
Məsələ ilə bağlı istintaq 50 nəfərlik bir qrupla davam edir.
Bir polis məmurunun “RT”-yə verdiyi açıqlamaya görə, tədqiqatçılar yanğının elektrik sistemindən qaynaqlanan qısa qapanma nəticəsində çıxmış ola biləcəyini düşünür.
Davam edən istintaq haqqında adının çəkilməsini istəməyən səlahiyyətli, içəridə olan çınqılların təhlükə riski yaratdığını və bu üzdən tədqiqatçıların kilsədə geniş bir araşdırma aparmasına hələ icazə verilmədiyini deyib.
Müxalifət.az