Norveçlilər İslamı seçir

Baxış sayı:
5326

Oslo Universitetinin Dinlər Tarixi Kafedrasının elmi işçisi Karin Vog, Norveçdə son illərdə Müsəlman olan Norveçlilərin sayının 3 mini ötdüyünü açıqlayıb.
 
Norveçin ən yüksək tirajlı qəzeti “Verdens Gand”-də dərc olunan xəbərdə, 1990-cı illərdən etibarən İslamı seçən Norveçlilərin sayının artdığına diqqət çəkilib. Xəbərdə açıqlamalarına yer verilən Oslo Universiteti Dinlər Tarixi Kafedrasının elmi işçisi Karin Vog, 1990-cı illərdə Müsəlman olan Norveçlilərin sayının 500 olduğunu, son illərdə isə bunun 3 minə qədər artdığını söyləyib.
 
 "ARAŞDIRARAQ İSLAMI SEÇİRLƏR"
 
Keçmişdə Norveçli qadınların evlilik yolu ilə İslam dinini seçdiyini qeyd edən Vog, "İndilərdə bu fakt çox dəyişib. Artıq qadınlar oxuyaraq, araşdıraraq İslamı seçirlər" deyib. Düşüncə mərkəzinin direktoru Linda Nur isə dünyanın kiçildiyini və hər kəsin İslam dini ilə bağlı məlumatları hər yerdən əldə edə bildiyini qeyd edib.
4 il əvvəl Müsəlman olan Norveçli Monika Salmouk, İslam haqqında çox araşdırma apardığını və kitab oxuduğunu bildirərək, Osloda ilk dəfə İslam Mədəniyyət Mərkəzi Məscidinə getdiyini, çox təsirləndiyini və orada Müsəlman olmağa qərar verdiyini bildirib. Salmouk, Müsəlman olduğu üçün təpki gördüyünü qeyd edərək, orta yaşlı bir Norveçlinin üzünə tüpürdüyünü söyləyib.
Müxalifət.az