​"Nənəmin təndiri"ndə ATIŞMA - 20-yə yaxın şəxsin davası

Baxış sayı:
8626

“Nənənim təndiri” restoranının yaxınlığında silahlı insidentin törədilməsində təqsirli bilinən kriminal aləmin üzvləri Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 7-nə təyin olunub.
İttihama görə, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi-134 ünvanında yerləşən “Nənəmin təndiri” restoranının yaxınlığında baş verib. Əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahdan istifadə olunub.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman “Makarov” tipli tapançaya məxsus gilizlər aşkar ediblər.
Cinayətin iştirakçıları Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və İlham Ramazanov saxlanılıb. Onların kriminal aləmin nüfuzlu şəxsləri ilə əlaqələri müəyyən edilib.