​Nikola qarşı qiyam: Yenidən mitinq başladı, nazirlər qovuldu

Baxış sayı:
3013

Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyalarından olan nazirlər vəzifələrindən azad ediləcəklər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda, Baqramyan prospektindəki mitinqdə çıxışında deyib.
O bildirib ki, Çarukyan Bloku və Daşnaksütyundan olan nazirlərin işdən çıxarılması ilə bağlı administrasiyanın əmr hazırlamasını tapşırıb:
“Bundan əlavə, hökumətin yaxınlarda keçiriləcək toplantısında bu partiyalardan olan əyalət rəhbərləri də işdən azad ediləcək”.
Paşinyan həmçinin sakinlərə növbədənkənar seçkilər tələbi ilə üçün küçələrə çıxamaq çağırışı edib.
Xatırladaq ki, N.paşinyanın çağırışından sonra aksiyaçılar parlament binasını mühasirəyə alıblar və deputatların parlament binasını tərk etməsinə imkan vermirlər.
Bundan öncə parlament qanunvericiliyə dəyişiklik layihəsini qəbul edib. Qanun layihəsini Respublikaçılar Partiyası və Çarukyan Blokunun deputatları təqdim edib. Qanun layihəsi 67 səslə qəbul edilib. Çıxış Bloku dəyişikliyə etiraz olaraq Paşinyanın təklifi ilə iclası boykot edib.
Qanun layihəsi Parlament reqlamenti haqqındadır. Dəyişiklik parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdırır.
Bu, Paşinyana qarşı parlament partiyalarının qiyamı kimi xarakterizə edilə bilər. Belə ki, növbədənkənar seçkilərlə parlamentdə çoxluğu ələ keçirməyə çalışan Paşinyana qarşı artıq digər fraksiyalar birləşiblər. Parlamentdə çoxluğa sahib Sərkisyanın Respublikaçılar Partiyası Çarukyan Bloku və Daşnaksütyunla parlamentdə 3/2 səs çoxluğunu tam təmin edib.