​Nikol Paşinyanın protokol xidmətinin kobud səhvləri - FOTO

Baxış sayı:
6313

Ermənistanda etiket mütəxəssisləri baş nazir Nikol Paşinyanın protokol xidmətinin kobud səhvlərini qeydə alıblar.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, erməni KİV baş nazirin rəsmi görüşlər zamanı lentə alınan fotolarında Paşinyanın protokol xidmətinin qeyri-səlisliyini gözdən qaçırmayıb.
Rəsmi görüşlər zamanı masanın üstündə olan stəkanlar diqqət çəkib.
Etiket üzrə erməni mütəxəssis Marqarita Xaçatryanın sözlərinə görə, Paşinyanın masası üzrəindəki stəkan su yox, ağ çaxır üçün nəzərdə tutulub.
Beynəlxalq etiketə əsasən, rəsmi, diplomatik və işgüzar görüşlər zamanı ayaqsız stəkan və ya üç santimetrdən çox olmayan ayaqlı stəkan istifadə olunmalıdır.