Nikol Paşinyan Rusiyanın Ermənistandakı SƏFİRİ İLƏ GÖRÜŞÜB

Baxış sayı:
7540

Ermənistandakı etiraz hərəkatının lideri, parlamentin deputatı Никол Paşinyan aprelin 25-də Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə görüşüb. Görüş İrəvanda Rusiya səfirliyində onun təşəbbüsü ilə keçirilmişdir.
Onun sözlərinə görə, Rusiya Paşinyana Ermənistandakı hadisələrə müdaxilə etməyəcəyini vəd edib. Paşinyan da Rusiyalı diplomatı əmin edib ki, etiraz aksiyalarında "bir damcı da antirusiya əhval-ruhiyyəsi yoxdur". “Etiraz hərəkatı nə İrana, nə Gürcüstana, nə Rusiyaya, nə Birləşmiş Ştatlar, nə də Avropa Birliyinə qarşı yönəlməyib” deyə, Paşinyan səfirlə görüşdə qeyd edib.Paşinyan onu da vurğulayıb ki, bu sırf Ermənistanın daxili məsələsi olaraq səmərəsiz idarəetməyə və korrupsiyaya qarşı hərəkatdır.
Müxalifət.az