Nigar Camaldan ŞOK SÖZLƏR: “Sənə verdiyim sevgini...”

Baxış sayı:
2827

Nigar Camal azərbaycanlı izləyicilərlə xaricilərin instaqramda məşhurlara yazdığı rəyləri müqayisə edib.

Sənətçi həmyerlilərinin bütün neqativini və hirsini məşhurların şəkillərinə tökməsindən gileylənib:

“İnstaqramda Beyonsun konsertindən bir kadra rast gəldim. Xaricilərin videoya nə cür rəy yazdığı maraqlı gəldi. “Şahzadəm”, “Necə də gözəldir” və s. bu kimi xoş sözlər yazılmışdı. 80 faiz müsbət fikirlər bildirmişdi. Amma bizimki olsaydı, oğlanlar “Ala, nə gündəsən”, “Off, bu nədir?”, “Olar bir sual verim?”, “Babat şeysən”, “Səndən xoşum gəlir”, “Qocalıfsan”, “Sənə verdiyim sevgini varlı kişi verə bilməz”, “Direktə bax”, “Balsan e bal, yeyərəm səni”, “Of yandım, nələr edərdim”, “Əxlaqsız, qiyamət günündə cavab verəcəksən”, “Bir az sadə oldu”, “Az qalıb, sizin də vaxtınız gələcək” və s. bu kimi rəylər yazardı.

 

Qızlar isə “Zəhləm gedir, nə gündəsən”, “Qocaldın, yaşın gedir, ay Beyons”, “Bu da 3 uşaq anası, boyuvu yerə soxum, əxlaqsız”, “Cəhənnəmdə yanacaqsan”, “Görəsən, bunu kim saxlayır”, “Dayday axtarır”, “Bu da özünü buraxıb”, “Nə iyrənc qarnın var”, “Bu da özünü adam sayır”, “Bu qızı sevirəm, amma çənəsi əyridir”, “Fu çuşka”, “Guya bombadır, zövqsüz, ayıb olsun”, “Tərbiyəsiz” və s. fikirlər yazardı".